Küveyt əmiri BƏƏ prezidenti ilə iki ölkə arasındakı əlaqələri müzakirə edib

Küveyt əmiri BƏƏ prezidenti ilə iki ölkə arasındakı əlaqələri müzakirə edib

Bakı.TurkicWorld:

Küveyt əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah bu gün Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfərə edib.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, Şeyx Meşal və onu müşayiət edən nümayəndə heyəti Abu Dabidə BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan tərəfindən qarşılanıb.

Küveyt əmiri ilə BƏƏ prezidenti arasında keçirilən görüşdə iki ölkə arasında müxtəlif sahələrdə, xüsusilə iqtisadiyyat, ticarət, investisiya və inkişaf sahələrində əlaqələrin qarşılıqlı maraqlara xidmət etmək üçün gücləndirilməsi müzakirə olunub.

Bundan əlavə, ümumi maraq doğuran bir çox regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.