İsrail Beynəlxalq Məhkəmənin qərarlarını yerinə yetirmir - Cənubi Afrika Prezidenti

İsrail Beynəlxalq Məhkəmənin qərarlarını yerinə yetirmir - Cənubi Afrika Prezidenti

Bakı. TurkicWorld:

İsrail Beynəlxalq Məhkəmənin qərarlarını yerinə yetirmir.

TurkicWorld-un məlumatına görə, bu barədə Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa deyib.

O bildirib ki, İsrail Qəzzada soyqırım iddiası çərçivəsində Beynəlxalq Ədalət Məhkəməsinin (ICJ) verdiyi əmrləri yerinə yetirmir.

“Bu səbəbdən 100-dən çox insanın qətlə yetirildiyi Rəfah bölgəsində problemlərin həlli üçün təcili olaraq məhkəməyə müraciət etməyi məqsədəuyğun hesab etdik”-deyə Ramafosa qeyd edib.

Ramafosa, İCJ-dən bu məsələnin necə həll ediləcəyi və başqa bir insidentin qarşısının alınması ilə bağlı başqa bir qərar verməsini istədiklərini bildirib.

Hafiz Rufizoğlu