Səudiyyədə 1200 illik qədim məscidin yeni qalıntıları aşkar edilir

Səudiyyədə 1200 illik qədim məscidin yeni qalıntıları aşkar edilir

Bakı.TurkicWorld:

Səudiyyə Ərəbistanı Ciddə Arxeologiya Layihəsinin birinci mərhələsi çərçivəsində Osman bin Əffan məscidində aparılan arxeoloji qazıntıların tapıntılarını açıqlayıb.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki,qazıntılar zamanı məscidin tarixi ilə bağlı əhəmiyyətli təfərrüatlar, o cümlədən bəzilətəxminən 1200 il əvvələ aid çoxlu artefakt parçaları aşkar edilib.

Arxeoloji qazıntılar nəticəsində məscidin uzun tarixi ərzində çoxsaylı təmir və yenidənqurma işlərinə məruz qaldığı məlum olub.
Buna baxmayaraq, məscidin ölçüsü, oriyentasiyası və mehrabı min ildən artıqdır ki, demək olar ki, dəyişməz qalmışdır.

Məsciddəki dəyişikliklər ilk növbədə hündürlük və döşəmədə baş verib. Bundan əlavə, məsciddə baş verən mühüm dəyişikliklərlə yanaşı, binanın altında yeraltı sisternlər də aşkarlanıb.

Arxeoloqlar möhürlənmiş və təmiz su ilə doldurulmuş, demək olar ki, 800 ildir ki,toxunulmamış " sisternlərdə su tapıblar.

Məsciddən tapılan ilk əşyalardan biri də mütəxəssislər tərəfindən hicri 3-4-cü əsrlərə (miladi 9-10-cu əsrlərə) aid edilən ağ, yaşıl və sarı şirli qab fraqmentləridir.