Son dəqiqə

Sloveniya

Sloveniyada həbsxanalarda doluluq nisbəti 139 faizə yüksəlib

Bakı. TurkicWorld:

Sloveniyada həbsxanalarda doluluq nisbəti 139 faizə yüksəlib.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, həbs olunanların əksəriyyəti insan qaçaqmalçılığı ilə məşğul olanlardır.

Avropaya keçid vədi ilə qeyri-qanuni mühacirləri ölkəyə gətirən insan qaçaqmalçıları həbsxanalarda doluluq nisbətini artırıb.

Sloveniya Həbsxana İdarəsi 26 fevral tarixinə həbsxanalarda 1808 nəfərin olduğunu və orta doluluq nisbətinin yüzdə 139-a yüksəldiyini açıqlayıb.

Açıqlamada hazırda işlə təmin olunan 550 kadrın kifayət qədər olmadığı bildirilib.

Lyublyanadakı həbsxanalarda isə doluluq 200 faizi ötüb.

Qeyd edək ki, ölkə üzrə 850 xarici ölkə vətəndaşı insan alveri ittihamı ilə həbsdədir.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər