Ermənistan Qərbin əyləncə vasitəsinə çevrilir - Zaxarova

Ermənistan Qərbin əyləncə vasitəsinə çevrilir - Zaxarova

Bakı. TurkicWorld:

Ermənistan Qərbin əyləncə vasitəsinə çevrilir.

TurkicWorld xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova həftəlik brifinqdə deyib.

Onun sözlərinə görə, Ermənistan Qərbin qurbanına çevrilə və aldadılaraq tələyə salına bilər.

"İrəvanda ayrı-ayrı siyasi xadimlər Avropa İttifaqı tərəfindən ölkəyə qarşı qəfildən artan diqqəti ya "əlac", ya da tələ kimi qəbul edirlər. Dərinə nəzər yetirmək lazımdır. Əfsuslar olsun ki, Ermənistanda bir sıra siyasi xadimlər heç düşünmürlər ki, ölkə Qərb geosiyasətinin, Qərb əyləncəsinin növbəti vasitəsinə çevrilir. Aİ Ermənistanı regiona giriş nöqtəsi olaraq nəzərdən keçirir", - Zaxarova deyib.

Qeyd edək ki, ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan yaxın günlərdə, ən geci ay ərzində Ermənistanın Aİ üzvlüyünə namizədlik üçün müraciət edəcəyini bildirib.

Paşinyan Rusiyadan heç bir ümid və gözləntilərinin olmadığını, Qərbin isə təhlükəsizlik təminatı verə biləcəyini qeyd edib.