Səudiyyə Qəzzaya yardımın maneəsiz çatdırılması tələb edir

Səudiyyə Qəzzaya yardımın maneəsiz çatdırılması tələb edir

Bakı.TurkicWorld:

İsrail qüvvələri beynəlxalq humanitar qanunlara hörmət etsin və yardımın maneəsiz çatdırılması üçün dərhal Qəzzaya təhlükəsiz humanitar dəhlizlər açsın.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bunu Kral Salman bin Əbdüləziz Ər-Riyadda keçirilən Nazirlər Kabinetinin iclasında deyib.

Qeyd edək ki, 29 fevral tarixində Qəzza şəhərinin cənubundakı Dovar ən-Nablusi yaxınlığında yüzlərlə fələstinli yardım gözləyərkən İsrail tərəfindən atəşə tutulub.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 12 min 660-ı uşaq, 8 min 570-i qadın olmaqla, 30 mindən çox fələstinli həlak olub, 72 mindən çox adam isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Qəzzada 1,9 milyon fələstinli havadan, qurudan və dənizdən edilən hücumlar səbəbilə didərgin düşüb.

İsrailin maneələri səbəbindən bölgəyə kifayət qədər yardım çatdırıla bilmir. Fələstinlilər bir tərəfdən İsrailin hücumları ilə, digər tərəfdən isə hər gün dərinləşən aclıqla mübarizə aparır.