Qəzzadakı şiddətə son qoyulmalıdır - ÜST

Qəzzadakı şiddətə son qoyulmalıdır - ÜST

Bakı. TurkicWorld:

Qəzzadakı qorxunc şiddətə son qoyulmalıdır.

TurkicWorld AzerVoice-a istinadənxəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus bildirib.

"İsrailin Qəzzaya hücumlarında ölənlərin sayı 30 mini keçib və öldürülənlərin çoxu qadın və uşaqlardır. Qəzzada dərhal atəşkəs təmin edilməlidir", - deyə o vurğulayıb.

Qeyd edək ki, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 12 min 660-ı uşaq, 8 min 570-i qadın olmaqla, 30 min fələstinli həlak olub, 70 min nəfər isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Qəzzada 1,9 milyon fələstinli havadan, qurudan və dənizdən edilən hücumlar səbəbilə didərgin düşüb.

İsrailin maneələri səbəbindən bölgəyə kifayət qədər yardım çatdırıla bilmir. Fələstinlilər bir tərəfdən İsrailin hücumları ilə, digər tərəfdən isə hər gün dərinləşən aclıqla mübarizə aparır.

X: Lamanasadli01