Fələstinlilərin aclıqdan ölməsinə səssiz qalmaq olmaz - Qətər

Fələstinlilərin aclıqdan ölməsinə səssiz qalmaq olmaz - Qətər

Bakı. TurkicWorld:

Fələstinlilərin aclıqdan ölməsinə səssiz qalmaq olmaz.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Majed əl-Ansari bildirib.

Məlumata əsasən, o, hazırda Qəzzaya daxil olan yardımın ehtiyac duyulandan çox az olduğunu qeyd edib.

"İndiyə qədər yardımın tam və qeyd-şərtsiz daxil olması üçün beynəlxalq ictimaiyyətə real təzyiq görməmişik. Yardım məhdudiyyətlər olmadan sərbəst şəkildə göstərilməlidir", - deyə o əlavə edib.

Qeyd edək ki, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 12 min 660-ı uşaq, 8 min 570-i qadın olmaqla, 30 min fələstinli həlak olub, 70 min nəfər isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Qəzzada 1,9 milyon fələstinli havadan, qurudan və dənizdən edilən hücumlar səbəbilə didərgin düşüb.

İsrailin maneələri səbəbindən bölgəyə kifayət qədər yardım çatdırıla bilmir. Fələstinlilər bir tərəfdən İsrailin hücumları ilə, digər tərəfdən isə hər gün dərinləşən aclıqla mübarizə aparır.

X: Lamanasadli01