Burkina Fasoda məscidə hücum nəticəsində 10-dan çox insan ölüb

Burkina Fasoda məscidə hücum nəticəsində 10-dan çox insan ölüb

Bakı. TurkicWorld:

Burkina Fasoda məscidə hücum nəticəsində 14 nəfər ölüb.

TurkicWorld AzerVoice - ə istinadən xəbər verir ki, bu barədə Burkina Faso İslam Dərnəkləri Federasiyasının bəyanatında qeyd edilib.

Xatırladaq ki, ölkənin şərqində, fevralın 25-də Essakane şəhərindəki kilsə bazar günü ibadət zamanı hücuma məruz qalıb və hadisə nəticəsində 15 nəfər ölüb.

2015-ci ildə Burkina Fasoda baş verən təhlükəsizlik böhranı nəticəsində iki milyondan çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Hökumətin məlumatına görə, bu insanların yalnız 120 mini evlərinə qayıda bilib.

Baş nazir Apollinaire Joachimson Kyelem de Tambela ötən il etdiyi çıxışda ölkə ərazisinin 65 faizinin dövlət nəzarətində olduğunu bildirmişdi.

Hafiz Rufizoğlu