Beynəlxalq Ədalət Məhkəməsinin İsrailə verdiyi müddət bu gün başa çatır

Beynəlxalq Ədalət Məhkəməsinin İsrailə verdiyi müddət bu gün başa çatır

Bakı. TurkicWorld:

Beynəlxalq Ədalət Məhkəməsinin Qəzzada soyqırımla bağlı hesabat tələb etdiyi İsrailə verdiyi bir aylıq müddət bu gün başa çatır.

TurkicWorld AzerVoice-a istinadənxəbər verir ki, Türkiyə xarici işlər nazirinin müavini Əhməd Yıldız bu gün Haaqa məhkəməsində Türkiyə adından iş üzrə təqdimatla çıxış edəcək.

Qeyd edək ki, 26 yanvar tarixində Beynəlxalq Ədalət Məhkəməsi (ICJ) Cənubi Afrika Respublikasının İsrailə qarşı qaldırdığı “soyqırım” işi üzrə müvəqqəti tədbirlər tələbi ilə bağlı qərarını açıqlayıb. Məhkəmə İsrailin mühakimə olunacağını bildirib və İsraildən bir ay ərzində hesabat təqdim etməyi tələb edib.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 12 min 660-ı uşaq, 8 min 570-i qadın olmaqla, 30 min fələstinli həlak olub, 70 min nəfər isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Qəzzada 1,9 milyon fələstinli havadan, qurudan və dənizdən edilən hücumlar səbəbilə didərgin düşüb.

İsrailin maneələri səbəbindən bölgəyə kifayət qədər yardım çatdırıla bilmir. Fələstinlilər bir tərəfdən İsrailin hücumları ilə, digər tərəfdən isə hər gün dərinləşən aclıqla mübarizə aparır.

X: Lamanasadli01