İspaniyada 14 mərtəbəli binada yanğın baş verib – ölənlər var

İspaniyada 14 mərtəbəli binada yanğın baş verib – ölənlər var

Bakı. TurkicWorld:

İspaniyanın Valensiya şəhərinin mərkəzində 14 mərtəbəli binada yanğın baş verib.

TurkicWorld xəbər verir ki, yanğın baş verən yaşayış binasında 10 nəfər ölüb, 15 nəfər isə yaralanıb.

Valensiya Bələdiyyəsi yanğında həyatını itirənlərin xatirəsinə şəhərdə üç günlük matəm elan edib.

Ətraf əyalətlərdən olan yanğınsöndürmə briqadaları, eləcə də Hərbi Təcili Yardım Birliyi yanğının söndürülməsi işlərinə dəstək verib.

Hafiz Rufizoğlu