Bolqarıstanın baş naziri istefa verəcəyini açıqlayıb

Bolqarıstanın baş naziri istefa verəcəyini açıqlayıb

Bakı. TurkicWorld:

Bolqarıstanın Baş naziri Nikolay Denkov martın 6-da əvvəl razılaşdırılmış rotasiya çərçivəsində vəzifəsindən istefa vermək niyyətini təsdiqləyib.

TurkicWorld-un məlumatına görə, bu barədə Baş nazir Münxen Təhlükəsizlik Konfransından qayıdarkən deyib.

"Martın 6-da mən istefa verəcəm. Normal konstitusiya proseduru var və hökumət növbəti qərar qəbul olunana qədər öz vəzifələrini icra etməyə davam edəcək", - deyə o bildirib.

N.Denkov qeyd edib ki, yeni hökumətdə Xarici İşlər Nazirliyinə kimin rəhbərlik edəcəyi məsələsi açıq qalır.