Türkiyə Bolqarıstan sərhədində hava polisi vəzifələrini yerinə yetirəcək

Türkiyə Bolqarıstan sərhədində hava polisi vəzifələrini yerinə yetirəcək

Bakı. TurkicWorld:

Türkiyə Bolqarıstan sərhədində hava polisi vəzifələrini yerinə yetirəcək.

TurkicWorld-un məlumatına görə, Türkiyə Milli Müdafiə Nazirliyinin mənbələri nazir Yaşar Gülərin Bolqarıstanın müdafiə naziri Todor Taqarevlə görüşündə imzaladığı “Türkiyə-Bolqarıstan sərhəd keçid hava polisi anlaşma memorandumu”nun təfərrüatları ilə bağlı məlumatları paylaşıb.

"Sərhəd Keçid Hava Polisi müqavilələri hava təhdidlərinin qarşısını almaq üçün hava polisi vəzifələrini yerinə yetirən təyyarələrin başqa ölkənin sərhədini keçərək təqibini davam etdirməyə imkan verən müqavilələrdir. Qonşu NATO ölkələri bu müqavilələri öz aralarında ikitərəfli və ya çoxmillətli şəkildə bağlayırlar və onlar tərəfindən tövsiyə olunur. Bu razılaşma ilə Türkiyə Bolqarıstan sərhədində hava polisi vəzifələrini yerinə yetirərkən Bolqarıstanın hava məkanında uça biləcək”,- deyə məlumatda bildirilib.

Nazirlik tərəfindən verilən məlumatda qeyd olunub ki, 2022-ci ildə Almaniyanın rəhbərliyi ilə yaradılan təşəbbüsün üzvlərinin sayı Türkiyə və Yunanıstanın iştirakı ilə 21-ə çatıb. Ölkələrin hava və raketdən müdafiə sistemlərini birgə almaqla xərcləri azaltmaq və əməliyyat çevikliyini təmin etmək üçün nəzərdə tutulmuş təşəbbüs, həmçinin NATO İnteqrasiya edilmiş Hava və Raket Hücumundan Müdafiə Sistemini gücləndirməyi hədəfləyir.

Nazirlik mənbələri Türkiyə və Somalinin yeni müqavilə imzalaması ilə bağlı sualları cavablandırarkən əlavə edib ki, dost və qardaş ölkə olaraq gördüyümüz Somalidə təhlükəsizliyin və sabitliyin təmin edilməsi üçün, təlim, məsləhət və dəstək çərçivəsində fəaliyyətlərimiz davam edir. 10 ildən artıqdır ki, Somali Milli Ordusunun yenidən qurulması və terrorizmlə mübarizə aparmağa qadir olması üçün dəstək verilir. Quruluşu prosesinə və təhsilinə töhfə verdiyimiz Somali Milli Ordusu, Somalinin terrorla mübarizəsində əhəmiyyətli uğurlar əldə edib. Bu uğur Afrika coğrafiyasında mühüm “rol modeli” təşkil edir və bu təhsil modelinin həyata keçirilməsi üçün Afrikanın digər ölkələrindən tələblər gəlir.

"Ötən həftə Somali müdafiə nazirinin səfəri zamanı imzalanan “Müdafiə və İqtisadi Əməkdaşlıq üzrə Çərçivə Sazişi” ilə ikitərəfli hərbi əlaqələrimiz çərçivəsində indiyədək həyata keçirdiyimiz fəaliyyətlərimizi inkişaf etdirmək və şaxələndirmək məqsədi daşıyır. Somalinin tələbi ilə biz də dəniz təhlükəsizliyi sahəsində terrorla mübarizədə verdiyimiz dəstəyi verəcəyik. Beləliklə, biz Somalinin ərazi sularında qeyri-qanuni fəaliyyətlərlə mübarizə aparmaq üçün öz potensialını və imkanlarını inkişaf etdirməyə kömək edəcəyik. Sözügedən müqavilənin təsdiqi prosesi davam edir. Bu razılaşmanın Türkiyə-Somali münasibətlərinə ciddi təkan verəcəyi qiymətləndirilir",- deyə açıqlamada vurğulanıb.

Aytac Süleymanova

Twitter: a_alieva_