Blinken Qəzzada humanitar atəşkəs üçün Səudiyyə Ərəbistanına səfər edəcək

Blinken Qəzzada humanitar atəşkəs üçün Səudiyyə Ərəbistanına səfər edəcək

Bakı. TurkicWorld:

ABŞ dövlət katibi Entoni Blinken İsrail-Fələstin münaqişəsi ilə bağlı Səudiyyə Ərəbistanına səfər edəcək.

TurkicWorld xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller açıqlama verib.

Məlumata əsasən, səfər çərçivəsində Blinken girovların azad edilməsini təmin edən və humanitar fasilə də daxil olmaqla, razılaşma əldə edilməsi üçün diplomatik proseslərə diqqət yetirəcək.

Bundan əlavə, Blinken Misir, Qətər, İsrail və İordan çayının qərb sahilinə də səfər edəcək.

Qeyd edək ki, oktyabrın 7-də Fələstin-İsrail münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 27 min 365 nəfərə çatıb.

X: Lamanasadli01