BƏƏ dövlət qurumları gündə 50 000 kiberhücumun qarşısını alır

BƏƏ dövlət qurumları gündə 50 000 kiberhücumun qarşısını alır

Bakı. TurkicWorld:

BƏƏ dövlət qurumları gündə 50 000 kiberhücumun qarşısını alır.

TurkicWorld-un məlumatına görə, bu barədə BƏƏ Hökumətinin Kibertəhlükəsizliyi üzrə Başçısı Dr Mohammed Al Kuwaiti deyib.

“Kibertəhlükələr gündə təxminən 50,000-ə çatır. Skan, fişinq e-poçtu, DDoS və ransomware daxil olmaqla bütün dövlət qurumlarının şəbəkəsinə toxunulur.” - deyə Kuwaiti bildirib.

O, əlavə edib ki, kibertəhlükəsizlik təhdidlərinin sayı regionda dünyada baş verən “geosiyasi vəziyyətlər” səbəbindən artır.

BƏƏ maliyyə cəzaları və həbs də daxil olmaqla kiber təhdidlərə qarşı sərt tədbirlər görüb.

Məlumat üçün qeyd edək ki, oktyabr ayında BƏƏ Kiber Təhlükəsizlik Şurası rəqəmsal cinayətləri araşdırmaq, qarşısını almaq və mübarizə aparmaq üçün kibertəhlükəsizlik texnologiyalarının yaradıcısı olan Group-IB ilə anlaşma memorandumu imzalayıb.

İki qurum bütün tərəflərin ən son təhlükəsizlik təhdidləri, kompromis göstəriciləri və Yaxın Şərq, Türkiyə və Afrika regionunu hədəf alan kibercinayətkarlar tərəfindən istifadə edilən yeni taktika, texnika və prosedurlar haqqında məlumat paylaşmasını təmin edəcək bilik mübadiləsi çərçivəsi yaratmağa qərar verib.

Kuwaiti əlavə edib ki, maliyyə sektoru kibertəhlükəsizlik təhdidlərinə ən çox məruz qalır.

“BƏƏ hökumətinin kibertəhlükəsizlik bölməsi dizayn və kodlaşdırmanın düzgün olmasını və təhlükəsizlik səviyyələrinin yerində olmasını təmin etmək üçün dövlət sektoru qurumları ilə işləyir.” - deyə o bildirib.

Hafiz Rufizoğlu