Azərbaycan İkinci Qarabağ müharibəsi zamanı kiberhücumlara məruz qalıb - Türkiyənin Çexiyadakı səfiri

Azərbaycan İkinci Qarabağ müharibəsi zamanı kiberhücumlara məruz qalıb - Türkiyənin Çexiyadakı səfiri

Bakı. TurkicWorld:

Azərbaycan İkinci Qarabağ müharibəsi zamanı kiberhücumlara məruz qalıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Çexiyadakı səfiri Egemen Bağış XI Qlobal Bakı Forumunda "Süni intellekt, pilotsuz uçuş aparatları və kiber müharibə dövründə yeni təhlükəsizlik paradiqması" adlı panel iclasında çıxışı zamanı deyib.

"Süni intellekt daha çox sosial məsuliyyəti anlayaraq tətbiq olunmalıdır. Türkiyə olaraq bunu təklif edirik.

Türkiyə həmçinin, dron sahəsində qabaqcıl texnologiyaya sahibdir. Lakin biz dronlardan insani əsaslarla istifadə edirik. Bunu süni intellektin öhdəliyinə buraxsaq, böyük fəsadlar olar. Çünki süni intellektin insani dəyərləri, emossiyaları yoxdur",- deyə o bildirib.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir.

Tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də keçmiş və hazırki dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edir.