Ukrayna NATO-nun kibertəhlükəsizlik mərkəzinə qoşulub

Ukrayna NATO-nun kibertəhlükəsizlik mərkəzinə qoşulub

Bakı. TurkicWorld:

Ukrayna rəsmi olaraq Estoniyada yerləşən NATO kibertəhlükəsizlik mərkəzinə qoşulub.

TurkicWorld xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Bu gün NATO-nun Tallinndəki kibertəhülkəsizlik Mərkəzinin qərargahında Ukraynanın rəsmi olaraq bura qoşulması əlaməti olaraq Ukraynanın dövlət bayrağı qaldırılıb", - deyə nazirlik bildirib.

Qeyd edək ki, NATO Kibertəhlükəsizlik Mərkəzi qərargahı Tallinndə (Estoniya) yerləşən və alyans ölkələrinin kibertəhlükəsizliyi problemləri ilə məşğul olan bölmədir. 2008-ci ildə yaradılmışdır. Onun himayəsi altında hər il beynəlxalq təlimlər keçirilir, bu təlimlərdə hərbi və mülki ekspertlər xarici dövlətlərin kritik infrastrukturuna kibernetik təsirin yollarını öyrənirlər.

Mehriban Xəlilli
@MXalilbekova