Bakı. TurkicWorld:
Finlandiya BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) maliyyə dəstəyini dayandırıb.
TurkicWorld-un məlumatına görə, bu barədə Finlandiyanın İnkişaf Əməkdaşlığı və Xarici Ticarət naziri Ville Tavio sosial media platforması X-də paylaşım edib.
Paylaşımda, UNRWA əməkdaşlarının Həmas-ı dəstəklədiyinə dair iddiaların “son dərəcə narahatedici” olduğunu bildirib.
Məlumat üçün qeyd edək ki, Finlandiya maliyyə dəstəyini İsrail rəsmilərinin bəzi UNRWA əməkdaşlarının HƏMAS-ı dəstəklədiyinə dair iddialarından sonra dayandırıb.
Hafiz Rufizoğlu