Qəzza müharibəsi regional təhlükəsizliyə əhəmiyyətli təsir göstərə bilər- Misir Prezidenti

Qəzza müharibəsi regional təhlükəsizliyə əhəmiyyətli təsir göstərə bilər- Misir Prezidenti

Bakı. TurkicWorld:

Qəzza müharibəsi regional təhlükəsizliyə əhəmiyyətli təsir göstərə bilər.

TurkicWorld-un məlumatına görə, bu barədə Misir prezidenti Əbdülfəttah əs-Sisi deyib.

İtaliyanın baş naziri Giorgia Meloni ilə telefon danışığı zamanı Əl-Sisi vurğulayıb ki, regional sabitlik Fələstin məsələsinin hərtərəfli həllinə nail olmaq və nəticədə müstəqil Fələstin dövlətinin yaradılmasına gətirib çıxarmaqla bağlıdır.

Misir Prezidentinin sözçüsü Əhməd Fəhmi beynəlxalq ictimaiyyəti bu mövzuda öz öhdəliklərini üzərinə götürməyə çağırıb.

Məlumat üçün qeyd edək ki, Misir hökuməti Beynəlxalq Ədalət Məhkəməsinin (ICJ) İsraildən Qəzza zolağında fələstinliləri qorumaq, Qəzzaya qarşı müharibəsində soyqırım aktlarının qarşısını almaq və humanitar yardımın zolağa buraxılması üçün təcili tədbirlər görməsini tələb edən qərarını müsbət qəbul edib.

Hafiz Rufizoğlu