Tokio metrosunda silahlı qadın sərnişinlərə hücum edib

Tokio metrosunda silahlı qadın sərnişinlərə hücum edib

Bakı. TurkicWorld:

Yaponiyanın paytaxtı Tokioda “Akihabara” metrostansiyası yaxınlığında qadın bıçaqla sərnişinlərə hücum edib.

TurkicWorld xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Hücum zamanı 4 nəfər xəsarət alıb. Məlumata görə, hücum edən şəxs saxlanılıb.

Hadisənin digər təfərrüatları açıqlanmayıb.

Qeyd edək ki, analoji hadisə 2008-ci ildə də bu stansiyanın yaxınlığında baş vermişdi. Belə ki, yerli sakin də bıçaqla yoldan keçənlərə hücum etmişdi. Həmin vaxt yeddi nəfər ölmüşdü, daha on nəfər yaralanmışdı.