Blinken Böyük Britaniyanın XİN rəhbəri ilə Qəzzadakı humanitar vəziyyəti müzakirə edib

Blinken Böyük Britaniyanın XİN rəhbəri ilə Qəzzadakı humanitar vəziyyəti müzakirə edib

Bakı. TurkicWorld:

ABŞ-nin dövlət katibi Antoni Blinken Böyük Britaniyanın xarici işlər naziri Devid Kameron ilə telefon danışığında husilərin Qırmızı dənizdə gəmilərə hücumlarını və Qəzza zolağındakı humanitar vəziyyəti müzakirə ediblər.

TurkicWorld xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Bildirilib ki, ABŞ dövlət katibi və Böyük Britaniyanın xarici işlər naziri husilərin törətdiyi qlobal təhdidlərə qarşı qarşı kollektiv tədbirlər görməyin zəruriliyini qeyd ediblər.

Bundan başqa, telefon danışığında Qəzza zolağında ərzaq təhlükəsizliyinin pisləşməsi və mülki əhaliyə yardımın həcmini əhəmiyyətli dərəcədə artırmağın zəruriliyi məsələsi qaldırılıb