Entoni Blinken Türkiyəyə təşəkkür edib

Entoni Blinken Türkiyəyə təşəkkür edib

Bakı. TurkicWorld:

ABŞ dövlət katibi Entoni Blinken Türkiyə xarici işlər naziri Hakan Fidana Türkiyənin Yaxın Şərqdə gərginliyi azaltmaq üçün göstərdiyi səylərə görə təşəkkür edib.

TurkicWorld xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Blinkenin telefon danışıqları ilə bağlı yazılı açıqlamasında bildirib.

Qeyd edək ki, Entoni Blinken Türkiyə, həmçinin Səudiyyə Ərəbistanı, Misir, İordaniya və Böyük Britaniyanın xarici işlər nazirləri ilə İsrail-İran gərginliyi ilə bağlı son vəziyyəti müzakirə edib və ABŞ-ın bölgədə gərginlik istəmədiyini vurğulayıb.

Xatırladaq ki, İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) 13 aprel tarixində iki regional düşmən arasında böyük gərginliyə səbəb ola biləcək onlarla pilotsuz uçuş aparatı (PUA) və raketlər ataraq İsrailə hücuma başlayıb.

X: Lamanasadli01