Blinken İsrailin müdafiə naziri ilə Qəzza barədə müzakirə aparıb

Blinken İsrailin müdafiə naziri ilə Qəzza barədə müzakirə aparıb

Bakı. TurkicWorld:

ABŞ dövlət katibi Entoni Blinkenlə ayrı-ayrılıqda İsrailin müdafiə naziri Yoav Gallant və Hərbi Nazirlər Kabinetinin üzvü Benni Gantz arasında telefon danışığı olub.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə ABŞ Xarici İşlər Nazirliyi açıqlayıb.

Məlumata əsasən, Blinken Gallant və Gantz ilə Qəzzadakı vəziyyəti müzakirə edib.

Fövqəladə atəşkəs elan edilməsi və humanitar yardımların çatdırılması məsələlərinin müzakirə edildiyi danışıqlarda Blinken bölgədə gərginliyin azaldılması üçün tədbirlərin vacibliyini vurğulayıb.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 34 minə yaxın fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.

UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.

X: Lamanasadli01