İsrail gəmisi Yəmən raketləri tərəfindən vurulub

İsrail gəmisi Yəmən raketləri tərəfindən vurulub

Bakı. TurkicWorld:

İsrailə aid Mərakeş gəmisi Qırmızı dənizdə Yəmənin gəmi əleyhinə raketləri ilə vurulub.

TurkicWorld xəbər verir ki, Husilər Qırmızı dənizdə İsrailə bağlı gəmiləri hədəf almağa davam edir.

Bundan əlavə, Əl Qəssam Briqadaları sözçüsü son 72 saat ərzində İsrailin 72 hərbi texnikasını tamamilə və ya qismən məhv etdiklərini, 36 əsgərinin öldürüldüyünü açıqlayıb.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə “Əqsa Tufanı” əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.

İsrailin hücumları nəticəsində Qəzzada ölənlərin sayı 18 min 787-ə çatıb.

X: Lamanasadli01