Son dəqiqə

İran Tehran Hüseyn Əmir Abdullahian Səudiyyə Ərəbistanı Məhəmməd bin Salman

Səkkiz ildən sonra İran vətəndaşları ilk dəfə Ümrəyə gedəcək

Bakı. TurkicWorld:

Tehran və Ər-Riyad arasında diplomatik əlaqələrin bərpasından sonra 19 dekabrdan etibarən iranlılar ilk dəfə Ümrə üçün Səudiyyə Ərəbistanına gedə biləcəklər.

TurkicWorld xəbər verir ki, İranın on hava limanından qalxan təyyarələr il boyu Ümrə ziyarəti üçün Məkkəyə gedəcək iranlıları daşıyacaq.

Məlumata əsasən, bu addım Körfəzdə neft hasil edən iki rəqib arasında münasibətlərin normallaşmasının əlaməti hesab olunur.

Qeyd edək ki, İran və Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələr 2016-cı ildə Ər-Riyadın bir şiə ruhanisini edam etməsindən və Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə basqın edildikdən sonra kəsilib. 2016-cı ildən iranlılar yalnız Səudiyyə Ərəbistanına həcc ziyarətinə gedə bilirdilər.

Bu ilin avqust ayında Çinin vasitəçiliyi ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə görüşüb.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər