Venesuela Essekibo bölgəsinin ilhaqını elan edib

Venesuela Essekibo bölgəsinin ilhaqını elan edib

Bakı. TurkicWorld:

Venesuela prezidenti Nikolas Maduro qonşu Qayananın neftlə zəngin Essekibo bölgəsinin ilhaqını elan edib.

TurkicWorld xəbər verir ki, bundan sonra Braziliya sərhəddə qoşun yığmağa başlayıb.

Məlumata əsasən, Braziliya ordusu sərhəddəki Roraima əyalətinin paytaxtı Boa Vista şəhərinə daha çox əsgər və zirehli texnika göndərəcəyini açıqlayıb.

Qeyd edək ki, Venesuelanın 19-cu əsrdən davam edən sərhəd mübahisəsi bir neçə il əvvəl Essekibo bölgəsində böyük neft ehtiyatlarının aşkarlanması ilə yenidən alovlandı.

Karakas administrasiyası iddia edir ki, sərhədlər 1777-ci ildə İspaniya İmperiyası dövründə olduğu kimi Essekibo çayı olmalıdır. Bununla belə, Qayana sərhədin Britaniyanın müstəmləkə dövrünə aid olduğunu və 1899-cu ildə Arbitraj Məhkəməsi tərəfindən təsdiqləndiyini bildirir.

X: Lamanasadli01