Rusiya və İranın XİN başçıları sənəd imzalayıb

Rusiya və İranın XİN başçıları sənəd imzalayıb

Bakı. TurkicWorld:

Rusiya və İranın xarici işlər nazirləri Sergey Lavrovla Hüseyn Əmir Abdullahian ikitərəfli danışıqlardan sonra Qərbin sanksiyalarına qarşı mübarizə aparılmasına dair saziş imzalayıblar.

TurkicWorld xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

İmzalanma H.Ə.Abdullahianın Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının Moskvada keçirilən iclasında iştirakı çərçivəsində baş tutub.

Qeyd edək ki, iclasa Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sədrlik edir. İclasda Xəzəryanı dövlətlərin - Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın xarici işlər nazirləri iştirak edirlər.