Son dəqiqə

İsrail HƏMAS

İsrail və HƏMAS-ın azad edəcəkləri məhbusların sayı açıqlanıb

Bakı. TurkicWorld:

Müvəqqəti atəşkəs çərçivəsində noyabrın 25-də HƏMAS-ın sərbəst buraxacağı israilli girovların sayı açılanıb.

TurkicWorld bu barədə İsrail KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, İsrail 42 məhbusu, HƏMAS isə 14 girovu azad edəcək.

Qeyd edək ki, İsraillə müvəqqəti atəşkəs şərtlərinə uyğun olaraq noyabrın 24-də HAMAS 13 israilli girovu azad edib, eyni gündə 10 Tailand vətəndaşı da sərbəst buraxılıb.

Mövzuya görə xəbərlər