Son dəqiqə

Qəzza zolağı

İsrail həbsxanalarında saxlanılan 39 qadın və uşaq sərbəst buraxılıb

Bakı. TurkicWorld:

İsrail həbsxanalarında saxlanılan 39 qadın və uşaq sərbəst buraxılıb.

TurkicWorld-un məlumatına görə İsrail və HƏMAS arasında hərbi əməliyyatlarda 4 günlük humanitar fasilə ilə bağlı razılaşma 24 noyabr Cümə günü səhər saat 07:00-da (GMT 08:00) qüvvəyə minib.

HƏMAS 13 israilli məhbusu azad etdikdən sonra İsrail də həbsxanalarda saxlanılan 39 qadın və uşağı azad edib.

Məlumat üçün qeyd edək ki, İsrail sərbəst buraxılacaq olanlara bir sıra qadağalar tətbiq edib.

İsrail polisi Şərqi Qüdsdə yaşayan və bu axşam sərbəst buraxılması gözlənilən fələstinlilərin mətbuata açıqlama verməsini qadağan edib.

Azadlığa buraxılacaq məhbusun evində görüşə icazə verilməyəcək. Bundan əlavə, azad edilmiş fələstinli məhbuslar və onların ailələrindən bayram üçün şirniyyat paylamamaları istənilib. Bu qadağalara əməl etməyən fələstinli məhbuslar təxminən 18 min dollar cərimələnəcək.

Razılaşmaya əsasən, HƏMAS-ın saxladığı 50 israilli məhbusun əvəzində İsrail həbsxanalarında olan 150 fələstinli azad ediləcək. Azad ediləcək əsirlər arasında hər iki tərəfdən qadın və uşaqlar da var.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər