Son dəqiqə

İsrail Qəzza zolağı

Qəzza zolağında ölənlərin sayı 14 mini ötüb

Bakı. TurkicWorld:

Qəzzada ölənlərin sayı 14 min 854-ə yüksəlib.

TurkicWorld-un məlumatına görə, bu barədə Qəzza zolağındakı hökumətin Media Ofisindən yazılı açıqlama verilib.

Açıqlamaya görə, İsrailin 7 oktyabrdan bəri Qəzzada həyata keçirdiyi hücumlarda ölənlərin sayı 6 min 150-dən çoxu uşaq, 4 mindən çoxu qadın olmaqla 14 min 854-ə yüksəlib.

Hücumlarda yaralananların sayı 36 mini keçib ki, onların da 75 faizi qadın və uşaqlardır.

İsrailin hücumları zamanı cəsədləri dağılmış binaların dağıntıları altında və ya küçələrdə qalan 4 min 700-dən çoxu qadın və uşaq olmaqla, təxminən 7 min insan itkin düşüb.

Hafiz Rufizoğlu

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Mövzuya görə xəbərlər