Makron və Sisi Qəzzadakı son hadisələri müzakirə edib

Makron və Sisi Qəzzadakı son hadisələri müzakirə edib

Bakı. TurkicWorld:

Fransa prezidenti Emmanuel Makron Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə İsrailin intensiv hücumlarını davam etdirdiyi Qəzzada baş verənləri müzakirə edib.

TurkicWorld-un məlumatına görə, bu barədə Yelisey Sarayından bildirilib.

Makron misirli həmkarı Sisi ilə telefon danışığında Qəzzaya humanitar yardımın sürətləndirilməsini istədiyini bildirib.

“Fransa Qəzzaya dördüncü tibbi yardım təyyarəsini göndərməyə hazırlaşır. 10 ton yardım daşıyan təyyarə yaxın zamanda bölgəyə çatacaq.” – deyə Fransa prezidenti qeyd edib.

Məlumat üçün bildirək ki, tərəflər Qəzzaya humanitar yardımın çatdırılmasına zəmanət vermək barədə razılığa gəliblər.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə "Əqsa Tufanı" əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.

Qeyd edək ki, oktyabrın 7-dən Qəzza zolağında ölənlərin ümumi sayı 12 300-ə yüksəlib.

Hafiz Rufizoğlu