
Bakı. TurkicWorld:
İran Silahlı Qüvvələrinin Ali Baş Komandanı Ayətullah Əli Xamenei "Aşura" Aerokosmik Elmlər Universitetində olub.
TurkicWorld-un məlumatına görə, səfər zamanı o, İran İslam İnqilabı Keşikçiləri Korpusunun aerokosmik qüvvələrinin son nailiyyətləri ilə tanış olub. Bildirilib ki, yeni “Fəttah-2” hipersəs raketi də nümayiş olunub.
Raket "HGV" və "HCM" hipersonik silah kateqoriyalarına aiddir və yalnız dörd ölkənin istifadə etdiyi qabaqcıl silahı təmsil edir.