Litva Ukrayna taxılı üçün dəhliz açacağını bildirib

Litva Ukrayna taxılı üçün dəhliz açacağını bildirib

Bakı. TurkicWorld:

Litva rəsmiləri Ukrayna taxılının Baltik limanlarına tranziti üçün dəhliz barədə razılığa gəlib.

TurkicWorld xəbər verir ki, bu barədə Litvanın xarici işlər naziri Qabrielius Landsberqis “X” (tvitter) sosial şəbəkə hesabında məlumat verib.

Onun sözlərinə görə, taxılın Baltik limanlarına tranziti üçün dəhliz təklifi qəbul edilib.

Bildirilib ki, bu, Ukrayna sərhədində təzyiqi azaldaraq taxılın Afrika və digər ölkələrə tədarükünü artıracaq.