Bakı. TurkicWorld:
Rusiya Xarici İşlər Nazirliyi Ermənistanda 3 min "Vaqner" döyüşçüsünün olduğu və Nikol Paşinyanı devirməyə hazırlaşdığı barədə məlumatlara münasibət bildirib.
TurkicWorld xəbər verir ki, nazirliyin mətbuat katibi Mariya Zaxarova bugünkü brifinqdə bu iddiaları mifologiya adlandırıb.
"Bəlkə onların fotoları, videoları var? Nəyə əsasən belə açıqlamalar verilir? Niyə üç min? Bütün bu məlumatlar haradan gəlir? Faktlar hanı? Əgər bu qədər insandan söhbət gedirsə, o zaman onlar harada yerləşir?" - deyən Zaxarova bütün bunların növbəti mifologiya olduğunu qeyd edib.
Qeyd edək ki, bir sıra KİV-də Ermənistanda 3 min "Vaqner" döyüşçüsünün olduğu və Nikol Paşinyanı deviriləcəyi ilə bağlı iddialar yayılmışdı.