Son dəqiqə

Ukrayna Yens Stoltenberq NATO sammiti

Ukrayna üçün üç maddəlik bir paket hazırladıq - Stoltenberq

Bakı. TurkicWorld:

Ukrayna üçün üç maddəlik bir paket hazırladıq.

TurkicWorld-un məlumatına görə, bu barədə NATO baş katibi Yens Stoltenberq qeyd edib.

"Hal-hazırda əsas məsələ Ukraynanın mövcudluğunu qorumaqdır. Şərtlər yerinə yetirildikdən sonra biz Ukraynaya qoşulmaq üçün dəvət göndərəcəyik" - deyə o bildirib.

O qeyd edib ki, Finlandiya və İsveçin üzvlüyü ittifaqı daha da gücləndirəcək.

"NATO-nun genişlənməsi müttəfiq və namizəd ölkələrin qərarıdır, Moskva suveren ölkələrin qərarına müdaxilə edə bilməz." - deyə Stoltenberq əlavə edib.

Xatırladaq ki, dünən Rəcəb Tayyib Ərdoğan baş nazir Kristersson və NATO katibi Yens Stoltenberq arasında İsveçin üzvlüyünə dair üçlü görüş keçirilib.

Mövzuya görə xəbərlər