İsveçin Əfqanıstandakı nümayəndəliklərinin işi dayandırıldı

İsveçin Əfqanıstandakı nümayəndəliklərinin işi dayandırıldı

Bakı. TurkicWorld:

İsveçin Əfqanıstandakı nümayəndəliklərinin işi İsveç hakimiyyəti Quranın təhqirinə görə üzr istəyənə qədər dayandırılır.

TurkicWorld xəbər verir ki, bu barədə açıqlama verən "Taliban" hərəkatının nümayəndəsi Zəbiullah Mücahid bildirib ki, İsveçdə Qurani-Kərimin və müsəlman inancının təhqir olunmasından sonra Əfqanıstan İslam Əmirliyi bu iyrənc hərəkətə görə müsəlmanlardan üzr istəyənə qədər İsveçin Əfqanıstandakı fəaliyyətini dayandırır.

Qeyd edək ki, iyunun 28-də İraqdan olan 37 yaşlı mühacir Salvan Momika Stokholmun mərkəzindəki məscid yaxınlığında Quran yandırmaq aksiyası keçirib.