Son dəqiqə

Nazilə Abdullazadə

Heydər Əliyev gənc nəslin vətənpərvərlik tərbiyəsi haqqında

Bakı. TurkicWorld:

Azərbaycan xalqının ümummillli lideri Heydər Əliyevin görüşlərində gənclərin vətənpərvərlik tərbiyəsi xüsusi yer tutur. Vətənpərvərlik ulu öndərin fikrincə, tariximizin, keçmişimizin, dilimizin, milli dəyərlərimizin qoruyucusu kimi təqdim edilir: “Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərik böyük bir məfhumdur. Bu,sadəcə orduda xidmət etmək deyil, Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik. Hər bir gənc Azərbaycanın müstəqiil gələcəyini təmin etmək üçün Vətəni sevməidir, ölkəsıni sevməlidir, xalqımzı sevməlidir, miləltimizi sevməlidir, dilimizi sevməlidir, dinimizi sevməlidir, milli ənənələrimizi sevməlidir. Bunları sevə bilməyən adam, onları özü üçün mənəvi əsas edə bilməyən gənc həyatda özünə yer tapa bilməyəcəkdir və şübhəssiz ki, bizim ictimai-siyasi prosesdə, müstəqil Azərbaycanın inkişafında lazımi qədər iştirak edə bilməyəcəkdir.”

Heydər Əliyevə görə, “harada olursa-olsun, − istər daxildə, istərsə də xaricdə hər bir azərbaycanlı gəncin şərəfli borcu Azərbaycan Respublikasının dövlət müstəqilliyini qoruyub saxlamaqdan, inkişaf etdirməkdən ibarətdir. Bu, bizim çoxəsrlik tariximizdə böyük, şərəfli və tarixi nailiyyətdir”.

Torpaqlarmızın iyirmi faizindən çoxunun işğal altında olduğu bir zamanda insanlar yaşayış yerlərindən didərgin düşür, çadırlarda – köçkün şəklində yaşayırdılar. Belə bir şəraitdə Heydər Əliyev hamını ümumi vəziyyətə biganə olmamağa, vətən-torpaq təəssübünü çəkməyə çağırırdı.

Vətənpərvərlik tərbiyəsinin, vətən uğrunda iftixar, məsuliyyət hisslərinin məktəbli gənclərin şüuruna aşılanmasını ulu öndər məktəbin, müəllimlərin məsul və mühüm vəzifəsi sayırdı. Bunun üçün tədris prosesində təlimin forma və metodlarının səmərəliliyi, rəngarəngliyi təmin olunmalıdır. Məktəblilər bilməlidirlər ki, hər biri öz ölkəsinin alovlu vətənpərvəri olmalıdır.

Təhsil işçiləri ilə görüşlərindən birində Heydər Əliyev demişdi: “…Xalqımız dözümlü olduğu kimi, ziyalılarımız da, alimlərimiz də, müəllimlərimiz də ən dözümlülərdəndir, ən mətanətlilərdəndir. Mən bütün bu çətinlikləri bilərək və bu çətiniliklərə görə qəlbən narahat olaraq ziyalılarımıza, müəllimlərimizə müraciət edirəm: gənclərimizin təlim-tərbiyəsi işinə, təhsil, tədris işinə diqqətinizi azaltmayın. Əksinə, belə bir şəraitdə diqqət, qayğı daha da artmalıdır. Mən əminəm ki, müəlimlərimizin, ziyalılarımızın, alimlərimizin əksəriyyəti belə düşünür, belə yaşayır və bütün bu çətinliklərə baxmayaraq, öz vəzifələrini şərəflə yerinə yetirir və bundan sonra da yerinə yetirəcəkdir”.

Heydər Əliyevin müdrik fikirləri bu gün də gənc nəslin vətənpərvərlik tərbiyəsinin formalaşmasında əvəzsiz mənbədir.

Nazilə Abdullazadə

pedaqogika üzrə fəlsəfə doktoru, dosent

Azərbaycan Dövlət Pedaqoji Universiteti

Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının müdiri

Mövzuya görə xəbərlər