Azad edilən ərazilərdə daha 467 hektar sahə minalardan təmizlənib

Azad edilən ərazilərdə daha 467 hektar sahə minalardan təmizlənib

Bakı. TurkicWorld

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb.

ANAMA-dan TurkicWorld-ə bildirilib ki, yanvarın 23-dən 28-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Laçın, Cəbrayıl və Zəngilanda 5 tank əleyhinə mina və 62 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 467 hektar ərazi mina və PHS-lərdən təmizlənib.