Üç yük gəmisi Ukrayna ərzaq məhsullarını Çin və Türkiyəyə daşıyacaq

Üç yük gəmisi Ukrayna ərzaq məhsullarını Çin və Türkiyəyə daşıyacaq

Bakı. TurkicWorld:

Çərşənbə axşamı qarğıdalı və buğda daşıyan üç gəmi Ukrayna limanlarını tərk edib.

TurkicWorld-in məlumatına görə, bu barədə Birgə Koordinasiya Mərkəzindən bildirilib.

"Yanvarın 17-də Qara Dəniz Taxıl Təşəbbüsü çərçivəsində ümumilikdə 119 min ton taxıl və digər ərzaq daşıyan üç gəmi Ukrayna limanlarını tərk edib", - deyə qeyd olunub.

"Kestrel S" (26,5 min ton buğda) və "Great Arsenal" (25,5 min ton buğda) adlı iki quru yük gəmisi Türkiyəyə yola düşüb. "Navios Helios" gəmisi Çinə 67 min ton qarğıdalı tədarük edəcək

Dörd quru yük gəmisi də çərşənbə axşamı dəniz humanitar dəhlizindən keçən Ukrayna limanları istiqamətində hərəkət edir.