BAKI,TurkicWorld,Yusif Şərifzadə
BMT-nin Livandakı Müvəqqəti Qüvvələri (UNIFIL) İsrail ordusunun çərşənbə günü Cənubi Livan istiqamətində 113 mərmi atdığını açıqlayıb.
TurkicWorld xəbər verir ki, UNIFIL-in məlumatına görə, bu göstərici 21 iyundan bəri qeydə alınan ən yüksək gündəlik göstəricidir.
BMT missiyası bildirib ki, hücumların intensivləşməsi iyunun 26-da tərəflər arasında əldə olunmuş "pilot zona" razılaşmasından əvvəlki dövrlə müqayisədə ən ciddi pozuntu hesab olunur.
UNIFIL qeyd edib ki, sözügedən fəaliyyət Livanın hava məkanının pozulması hallarının əhəmiyyətli dərəcədə artdığını göstərir.
Qurum bölgədəki təhlükəsizlik vəziyyətini yaxından izlədiyini və tərəfləri mövcud razılaşmalara əməl etməyə çağırdığını vurğulayıb.
İsrail ordusu UNIFIL-in açıqlaması ilə bağlı hələlik rəsmi mövqe bildirməyib.
İsrail və Livan nümayəndələri arasında Romada davam edən danışıqlar fonunda sərhəddə hərbi aktivliyin artması narahatlıq doğurur.







