Son dəqiqə

İran Tehran Hindistan Məşhəd Əli Xamenei Pabitra Marqerita Seyid Ata Həsneyn

Hindistan İranla münasibətlərə önəm verdiyini nümayiş etdirir

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Hindistan hökuməti İranın ali rəhbəri Əli Xameneinin dəfn mərasimində iştirak etmək üçün yüksək səviyyəli nümayəndə heyətini İrana göndərəcək. Nümayəndə heyətinin tərkibində xarici işlər üzrə dövlət naziri Pabitra Marqerita və Bihar ştatının qubernatoru Seyid Ata Həsneyn yer alacaq.

TurkicWorld xəbər verir ki, Hindistan Xarici İşlər Nazirliyi nümayəndə heyətinin cümə günü İrana yola düşəcəyini açıqlayıb. Nazirliyin bəyanatında bildirilib ki, yüksək səviyyəli təmsilçilik iki ölkə arasında tarixi, mədəni və xalqlararası əlaqələrin əhəmiyyətini göstərir və siyasi, eləcə də iqtisadi əməkdaşlıq üçün möhkəm zəmin yaradır.

Məlumata görə, Əli Xamenei ilə vida mərasimləri şənbə günü Tehranda başlayacaq. Mərasimlərin iyulun 9-da onun doğulduğu Məşhəd şəhərində dəfn olunması ilə başa çatacağı bildirilib.

Hindistan rəsmilərinin mərasimdə iştirakı Yeni Dehli ilə Tehran arasında münasibətlərə verilən önəmin göstəricisi kimi qiymətləndirilir. Tərəflər son illərdə siyasi və iqtisadi əlaqələrin inkişafına xüsusi diqqət yetirirlər.

Mövzuya görə xəbərlər