BAKI,TurkicWorld,Yusif Şərifzadə
Birləşmiş Millətlər Təşkilatı Venesuela hakimiyyətini media və informasiya resurslarına çıxışla bağlı məhdudiyyətləri dərhal aradan qaldırmağa çağırıb.
TurkicWorld xəbər verir ki, BMT-nin Venesuela üzrə faktaraşdırıcı missiyası bu barədə açıqlama yayıb.
Açıqlamada qeyd olunub ki, məlumat əldə etmək hüququ yaxın günlərdə “həyat və ölüm məsələsinə” çevrilə bilər.
BMT vurğulayıb ki, milli və beynəlxalq cavab tədbirlərində insan hüquqlarına tam əməl olunması vacibdir.
Təşkilat Venesuelanın telekommunikasiya qurumunu sosial şəbəkələr də daxil olmaqla bütün media resurslarına çıxışı tam bərpa etməyə çağırıb.
BMT əlavə edib ki, informasiya əldə etməyə maneələrin dərhal aradan qaldırılması üçün heç bir əsas yoxdur.







