Rusiya Prezidenti Vladimir Putin İrəvana səfər edəcək

Rusiya Prezidenti Vladimir Putin İrəvana səfər edəcək

Bakı. TurkicWorld:

Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyasında iştirak etmək üçün çərşənbə günü İrəvana səfər edəcək.

TurkicWorld xəbər verir ki, Kremlin mətbuat xidmətinin bir müddət əvvəl verdiyi məlumata görə, İrəvanda təşkilatda əməkdaşlığın əsas istiqamətləri, aktual beynəlxalq və regional problemlər nəzərdən keçiriləcək.