Bakı. TurkicWorld:
Azərbaycan vətəndaşı Əfqan Sadıqov Gürcüstanda saxlanılıb.
TurkicWorld-un məlumatına görə, bu barədə Gürücüstan Daxili İşlər Nazirliyi xəbər verib.
Məlumata əsasən, ona qarşı qarşı sosial mediada polis əməkdaşını təhqir etdiyinə görə İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsi ilə cinayət işi açılıb.
Tbilisi Şəhər Məhkəməsi Əfqan Sadıqovu Gürcüstanın İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsi üzrə — sosial şəbəkədə polis əməkdaşını təhqir etməkdə təqsirli bilib.
Məhkəmənin qərarına əsasən, Əfqan Sadıqov 2 min lari məbləğində cərimələnib, ölkədən deportasiya olunub və ona 3 il müddətinə Gürcüstana giriş qadağası tətbiq edilib.
Gürücüstan Daxili İşlər Nazirliyi bildirib ki, Əfqan Sadıqov bundan əvvəl də müxtəlif inzibati xətalara, o cümlədən aksiya və nümayişlərin keçirilməsi qaydalarını pozduğuna görə 62 dəfə məsuliyyətə cəlb olunub, həmçinin iki dəfə inzibati həbs cəzası alıb.







