Türkiyədə helikopter qəzaya uğrayıb (FOTO) (ƏLAVƏ OLUNUB)

Türkiyədə helikopter qəzaya uğrayıb (FOTO) (ƏLAVƏ OLUNUB)

Bakı. TurkicWorld:

Türkiyənin Dənizli əyalətinin Çardak yaşayış məntəqəsi yaxınlığında meşə yanğınının söndürülməsinə cəlb olunan helikopter qəzaya uğrayıb.

TurkicWorld xəbər verir ki, bunu əyalətin qubernatoru Əli Fuad Atik deyib.

Onun sözlərinə görə, qəza nəticəsində 2 nəfər həlak olub, 5 nəfər isə xəsarət alıb.

Bildirilir ki, helikopterin göyərtəsində olan şəxslərdən 5-i Rusiya vətəndaşı olub.

XXX

17:40

Türkiyədə yanğınsöndürmə helikopter qəzaya uğrayıb. TurkicWorld-un məlumatına görə, Türkiyənin Marmaris şəhərində yanğınsöndürmə işlərinə dəstək vermək üçün Kastamonudan yola düşən yanğınsöndürmə helikopteri qəzaya uğrayıb.

Məlumata görə, qəza nəticəsində dörd nəfər yaralanıb, bir nəfər isə vəfat edib.

Qeyd edək ki, bu gün Marmarisdə meşəlik bölgədə yanğın başlayıb. Küləyin təsiri ilə böyüyən alovlara qurudan və havadan müdaxilələr davam edir.

https://www.haber7.com/guncel/haber/3261264-son-dakika-denizlide-yangin-sondurme-helikopteri-dustu-1-olu-4-yarali