Qazaxıstanda koronavirusa 2,6 mindən çox yeni yoluxma qeydə alınıb

Qazaxıstanda koronavirusa 2,6 mindən çox yeni yoluxma qeydə alınıb

Bakı. TurkicWorld:

Qazaxıstanda son sutka ərzində koronavirusa 2 649 yoluxma halı qeydə alınıb.

TurkicWorld xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 1 331 493 nəfərə çatıb.

Eyni zamanda, ötən sutka koronavirusdan 971 nəfər sağalıb, sağalanların ümumi sayı 1 300 003 nəfər təşkil edir.