Qazaxıstanın loukoster aviaşirkəti Bakıya ilk uçuşunu həyata keçirib (FOTO)

Qazaxıstanın loukoster aviaşirkəti Bakıya ilk uçuşunu həyata keçirib (FOTO)

Bakı. TurkicWorld:

Qazaxıstanın "FlyArystan" loukoster aviaşirkəti aprelin 1-də Aktau-Bakı-Aktau marşrutu üzrə ilk uçuşunu həyata keçirib.

TurkicWorld-un məlumatına görə, təyyarə Bakı vaxtı ilə saat 01:20-də Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.

Uçuşlar həftədə iki dəfə - cümə və bazar günləri yerinə yetiriləcək.

Qrafikə əsasən, Aktaudan həm cümə və bazar günləri uçuş saat 01:15-də (GMT +5), Bakıya eniş isə saat 01:20-də (GMT +4) həyata keçiriləcək. Bakıdan əks istiqamətdə yola düşmə - saat 02:20 (GMT +4) və Aktauya çatma - 04:45 (GMT +5) olacaq.

Bir tərəfə uçuş qiyməti 54 dollardan başlayır.

Qeyd edək ki, 2021-ci ilin mart ayından etibarən "FlyArystan"ın təyyarələri Türkiyə, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan, Qırğızıstan və Misirə müntəzəm və çarter reysləri həyata keçirməyə başlayıb.