Son dəqiqə

Rusiya Ukrayna Zaporojye AES

Ukrayna Zaporojye AES-in Rusiya qoşunlarının nəzarətinə keçdiyini bildirib

Ukraynada Zaporojye Atom Elektrik Stansiyasının (AES) ərazisi Rusiya qoşunları tərəfindən ələ keçirilib.

TurkicWorld-un məlumatına görə, bu barədə Ukraynanın Nüvə Tənmzimləməsi Dövlət Müfəttişliyinin mətbuat xidməti bildirb.

Qeyd olunur ki, AES-in enerji bloklarına zərər dəyməyib, bölgədə baş vermiş yanğın reaktorlara təhlükə törətməyib.

Qeyd edək ki, Ukraynanın şərqində yerləşən Zaporojye AES-in ərazisində baş verən yanğın Bakı vaxtı ilə saat 08:20-də söndürülüb.

Məlumata əsasən, yanğın nəticəsində ölən və xəsarət alan olmayıb.

Mövzuya görə xəbərlər