UEFA "Qarabağ"la oyunda erməni təxribatı ilə bağlı "Marsel"ə qarşı iş açıb

UEFA "Qarabağ"la oyunda erməni təxribatı ilə bağlı "Marsel"ə qarşı iş açıb

UEFA Konfrans Liqasının 1/16 final mərhələsində "Qarabağ"a Fransada 3:1 hesabı ilə qalib gəldiyi ilk oyundan sonra "Marsel"ə qarşı intizam işi açıb.

TurkicWorld-un məlumatına görə, bu barədə UEFA-nın rəsmi saytında bildirilir.

Məlumata əsasən, klub tribunalarda qadağan olunmuş bannerin açılması, azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsi və tamaşaçı keçidlərinin bloklanmasına görə ittiham edilir.

İntizam işi ilə bağlı qərarın tarixi daha sonra müəyyənləşəcək.

Qeyd edək ki, dünən "Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirib. Ağdam klubu tarixi matçda Fransa "Marsel"inin qonağı olub. "Velodrom" stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Stadiondakı bir qrup erməni azarkeş tərəfindən qarşılaşmanın gedişində təxribat xarakterli banner açılıb.