“Marsel” – “Qarabağ” matçında növbəti erməni təxribatı

“Marsel” – “Qarabağ” matçında növbəti erməni təxribatı

UEFA Konfrans Liqası çərçivəsində keçirilən “Marsel” - “Qarabağ” matçında ermənilər növbəti təxribat xarakterli addım atıblar.

TurkicWorld xəbər verir ki, stadiondakı bir qrup azarkeş tərəfindən qarşılaşmanın gedişində Ermənistan bayrağı açılıb.

Qeyd edək ki, "Qarabağ" FK mümkün erməni təxribatı məsələsi ilə bağlı UEFA-ya və "Marsel" klubuna müraciət edib. UEFA təhlükəsizliklə bağlı əlavə daha bir nəfər məsul şəxs ayırıb.